"Bavariya"nın futbolçusu Yozua Kimmix açıqlama verib. Sport24.az xəbər verir ki, klubla yeni müqavilə danışıqları aparan alman yarımmüdafiəçi yerli mətbuata bunları söyləyib:

 

"Yeni müqavilə üçün yayı gözləməyəcəyəm. Düşünəcəm və yaxın zamanda qərarımı verəcəyəm".

 

29 yaşlı futbolçunun indiki müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm 19 oyunda 4 məhsuldar ötürmə edib.