Fransa millisinin hücumçusu Kilian Mbappe milli komandanın məşqini vaxtından əvvəl tərk edib. Sport24.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

 

Mənbə bunun zədə ilə bağlı narahatlıqlar səbəbindən baş verdiyini iddia edir.

 

Fransa millisi DÇ-2026-nın startı ərəfəsində Şimali İrlandiya ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma iyunun 8-də baş tutacaq. 

 

Qeyd edək ki, Fransa qrup mərhələsində Seneqal, Norveç və İraqla qarşılaşacaq.