"Çelsi"nin hücumçusu Joau Feliks "Benfika"ya qayıdacğına ümid etdiyini etiraf edib. Sport24.az xəbər verir ki, o, bu barədə "A Bola"ya açıqlama verib:
"Karyeramda mühüm rol oynayan məşqçi - Bruno Laje oradadır. "Benfika" mənim evimdir. Bir gün qayıdacağam. İndi, yoxsa bir neçə ildən sonra bilmirəm… İndi olsa, xoşbəxt olacağam".
Qeyd edək ki, 25 yaşlı forvard "Benfika"nın yetirməsidir. 2019-cu ildə "Atletiko" onun transferi üçün 127 milyon avro ödəyib. O vaxtdan bəri Feliks "Barselona" və "Milan"da da çıxış edib.