"İnter" və "Roma" "Palmeyras"ın mərkəz yarımmüdafiəçisi Riçard Riosun transferi üçün hərəkətə keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) paylaşım edib.

 

İtaliya klubları keçidlə bağlı artıq Braziliya təmsilçisi ilə təmas qurub. "Palmeyras" isə futbolçusunu 30 milyon avrodan aşağı satmaq fikrində deyil.

 

Qeyd edək ki, Kolumbiya millisinin də şərəfini qoruyan Rios ötən mövsüm 35 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Flamenqo"nun yetirməsi karyerası ərzində "Masatlan" və "Quarani" kimi klubların da uğurları üçün çalışıb.