"Milan" hücumçusu Divok Origi ilə müqaviləyə xitam verib. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

30 yaşlı belçikalı 2023-cü ilin mayından "qırmızı-qaralar"ın heyətində meydana çıxmayıb. Origi 2023/24 mövsümündə icarə əsasında "Nottingem Forest"in formasını geyinib. Ondan sonra İtaliya klubunun düşərgəsində daha çox fərdi məşq edib. Bu arada, hücumçu ildə təxminən 4 milyon avro maaş almağa davam edib ki, bu da ötən yay "Milan"a anlaşan qoşulan Luka Modriçin məvacibindən daha çoxdur. Xorvat futbolçu İtalya klubunda ilə 3,5 milyon avro qazanır. 

 

Qeyd edək ki, belçikalı futbolçu 2022-ci ildə "Milan"a keçib və dörd illik müqavilə imzalayıb.