"Fənərbaxça" əsas qapıçı Dominik Livakoviçi zədə üzündən itirib. Sport24.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

 

Superliqanın XIX turunda "Konyaspor"la görüşdə zədələnən qolkiperin təxminən 1 ay yaşıl sahələrdən kənarda qalacağı bildirilib. Dominikin sağ arxa əzələzində yırtıq müəyyən olunub.

 

Qeyd edək ki, 30 yaşlı qapıçı bu mövsümdə bütün turnirlərdə 26 oyunda forma geyinib.