“Vilyarreal”ın hücumçusu Jerar Moreno 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

Sport24.az xəbər verir ki, futbolçu zədəsini sağaltmağa davam edir və İspaniya millisi ilə DÇ-2022-də çıxış etmək üçün artıq intensiv məşqlərə başlayıb.

30 yaşlı ispaniyalı forvard sentyabrın 11-də, “Betis”lə oyunda (1:0) zədələnib. O, reabilitasiya zamanı yaranan fəsadlara görə oktyabrın sonuna kimi sağalacaq.

İspaniya millisinin dünya çempionatı üçün heyətinin noyabrın əvvəlində açıqlanacağı bildirilir.

2022-ci ildə Qətərdə keçiriləcək DÇ noyabrın 20-də başlayacaq.