İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Brahim Dias vətəndaşlığını dəyişib. 

Sport24.az xəbər verir ki, o, bundan sonra Mərakeş millisində çıxış edəcək.

23 yaşlı futbolçu martda keçiriləcək təlim-məşq toplanışında məhz bu millinin düşərgəsinə qoşulacaq.

Diasın İspaniyanın Malaqa şəhərində anadan olmasına baxmayaraq, onun valideynləri əslən Mərakeşdəndirlər. O, İspaniyanın U-17, U-19 və U-21 komandalarında çıxış edib, 2021-ci ildə isə bu ölkənin əsas komandasında 1 matça çıxıb.