Futbol üzrə Belçika millisinin keçmiş çalışdırıcısı Roberto Martines İspaniya yığmasının baş məşqçisi ola bilər.

Sport24.az xəbər verir ki, 52 yaşlı mütəxəssisin Luis Enrikeni əvəzləməsi gözlənilir.

DÇ-2022-nin 1/8 finalında Mərakeşə məğlub olaraq (penaltilərlə 0:3) mübarizəni dayandıran İspaniya yığmasında Enrikenin istefası müzakirə edilir. İspaniya Futbol Federasiyası Martineslə ilkin danışıqlara başlayıb.

Martines 2016-2022-ci illər aralığında Belçika yığmasını çalışdırıb.