"İnter Mayami"nin ulduz futbolçuları Jordi Alba və Serxio Buskets karyeralarını başa vurublar. Sport24.az xəbər verir ki, bu, "İnter Mayami"nin MLS 2025 Kubokunun pley-offunun final matçında "Vankuver Uaytkeps"ı 3:1 hesabı ilə məğlub edərək Şimali Amerika Liqasının çempionluğunu qazanmasından sonra baş verib.

 

Hər iki sspaniyalı futbolçu son matçlarını keçiriblər. 37 yaşlı Buskets 2025-ci ilin sentyabrında, 36 yaşlı Alba isə oktyabrda karyerasını başa vuracağını açıqlayıb. Hər iki oyunçu 2025-ci il mövsümündən sonra futboldan getmək niyyətində idilər.

 

2008-ci ildə karyerasına başlayan Buskets "Barselona"da oynayıb. Kataloniya klubunda 15 mövsüm keçirdikdən 2023-cü ilin yayında "İnter Mayami" ilə müqavilə imzalayıb. O, 840 klub oyununda iştirak edib, 19 qol vurub və 62 məhsuldar ötürmə edib.

 

"Barselona" və "Valensiya" akademiyalarının yetirməsi olan Alba hər iki klubun A komandasında oynayıb. Müdafiəçi 2023-cü ildən bəri "İnter Mayami"nin formasını geyinib.