"Sevilya"nın müdafiəçisi Kike Salas həbs oluna bilər. Sport24.az COPE-yə istinadən xəbər verir ki, futbolçu bilərəkdən sarı vərəqələr almaqda ittiham olunur.

 

Salasın bu "qəhrəmanlığı" sayəsində yaxın ətrafı müxtəlif bukmeker kontorlarından 10 min avrodan çox pul qazanıblar. Hazırda polis araşdırma aparır.

 

Qeyd olunur ki, şübhəli oyunlar ötən mövsümün sonlarına təsadüf edib. Müdafiəçinin 30-38-ci turlar arasında bilərəkdən sarı vərəqə aldığı ehtimal olunur.