Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Vüsal da bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb. Komandasının qələbə qolunu da İsgəndərli vurub. Azərbaycanlı futbolçu 90+7-ci dəqiqədə fərqlənməklə matçda yekun nəticəni müəyyənləşdirib.

“Keçiörengücü” 10 turdan sonra 7 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.