Qrem Arnoldun yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, 61 yaşlı mütəxəssis İraq millisinin "sükanı arxasına" keçib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat paylaşıb.
O, bu postda ispaniyalı Xesus Kasası əvəzləyəcək.
Qeyd edək ki, Arnoldun ən son iş yeri 2018-2024-cü illərdə çalışdırdığı Avstraliya millisi olub. Avstraliyalılar onun rəhbərliyi altında 56 matça çıxıb. Onlardan 36-da qalib gəlib, 13-də məğlub olub. 7 qarşılaşmada isə "sülh" bağlayıb.