İtaliyanın “İnter” komandasının baş məşqçisi Simone İnzaqi koronavirusa yoluxub.

Sport24.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

46 yaşlı mütəxəssisdən götürülmüş sonuncu analiz nümunələri müsbət çıxıb. Bu üzdən də o, öz evində karantinə alınıb.

Simone İnzaqi ötən ilin iyunundan “İnter”ə rəhbərlik edir.