Böyüklər üçün kino aktrisası Şarlotta Laviş "İnter"in ulduzu Markus Türamı onu döyməkdə ittiham edib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
Laviş sosial şəbəkə hesabında döyüldüyünü əks etdirən səkkiz dəqiqəlik video yayımlayıb. Video Çempionlar Liqasının "Barselona" ilə ən vacib oyunu ərəfəsində internetdə peyda olub.
O, iddia edir ki, Türam otağa bağlayaraq çəkdiyi videonu silmək üçün ona hücum edib.
İzləyicilərin onun niyə bunu üç ildən sonra yayımladığını soruşduqda, Laviş heç bir maddi qazanc iddiasında olmadığını, Türamın buna görə cəzalandırılmayacağına inandığını bildirib.
Qeyd edək ki, Türam bu mövsüm "İnter"in heyətində bütün matçlarda 18 qol vurub və 5 məhsuldar ötürmə edib.