İngiltərə Premyer Liqasının (EPL) ən bahalı futbolçularının siyahısı açıqlanıb (EPL). Sport24.az xəbər verir ki, bu barədə "transfermarkt" portalı məlumat yayıb.
Çox maraqlıdır ki, bu siyahıda "mançester Yunayted"in heç bir oyunçusu yer almayıb.
1. Erling Haaland (Mançester Siti) — 200 milyon avro
2. Deklan Rays (Arsenal) — 120 milyon avro
3. Bukayo Saka (Arsenal) — 110 milyon avro (10 milyon avro azalıb)
4-8. Florian Virtz (Liverpul) — 100 milyon avro (10 milyon avro azalıb)
4-8. Koul Palmer (Çelsi) — 100 milyon avro (10 milyon avro azalıb)
4-8. Moyses Kaysedo (Çelsi) — 100 milyon avro (10 milyon avro azalıb)
4-8. Dominik Soboslai (Liverpul) — 100 milyon avro
4-8. Villiam Saliba (Arsenal) — 100 milyon avro (dəyəri artıb, +10 milyon avro)
9-11. Enzo Fernandes (Çelsi) — 90 milyon avro
9-11. Rodjers (Aston Villa) — 90 milyon avro (dəyəri artıb, +10 milyon avro)
9-11. Şerki (Mançester Siti) — 90 milyon avro (dəyəri artıb, +25 milyon avro).
Qeyd edək ki, "Arsenal" bu mövsüm İngiltərə Premyer Liqasının qalibi adını qazanıb. olub. Haaland isə çempionatın bombardiri olub (35 matçda 27 qol).