Qadınlardan ibarət İngiltərə millisi yeni rekordlara imza atıb. Sport24.az xəbər verir ki, yığma buna 2023-cü il dünya çempionatının seçmə oyununda Latviyanı 20:0 hesabı ilə məğlub etməklə nail olub.

Bu, İngiltərə komandalarının tarixinə ən böyük hesablı qələbə kimi düşüb.

Hesab eyni zamanda qadınların dünya çempionatının seçmə turniri üçün də rekord hesab olunur. Belə ki, əvvəlki rekord ötən həftə Ermənistanı 19:0 hesabı ilə üstələyən Belçikaya məxsus idi.