İngiltərənin "Tottenhem" klubunun qapıçısı Qulyelmo Vikario karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "İnter" 29 yaşlı futbolçu ilə maraqlanır.
Mümkün keçidin yayda gerçəkləşə biləcəyi ehtimal olunur. İtaliya millisinin üzvü vətəninə qayıtmaq niyyətindədir.
Qeyd edək ki, Qulyelmo Vikario cari mövsüm bütün turnirlərdə 19 oyunda iştirak edib.