İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirən "Nyukasl" heyətdə ciddi islahatlara hazırlaşır. "Sağsağanlar"ın yay transfer pəncərəsində yollarını ayıracağı ilk simalardan biri hücumçu Yoane Vissa olacaq. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Brentford"dan 55 milyon funt-sterlinq qarşılığında transfer edilən Vissa gözləntilərin kölgəsində qalıb. Aleksander İsakın "Liverpul"a gedişindən sonra hücum xəttindəki boşluğu doldurmaq üçün gətirilən 29 yaşlı forvard, "Sent-Ceyms Park"da özünü sübut edə bilməyib.
Qeyd edək ki, Hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşan "Nyukasl", maliyyə itkisinə baxmayaraq, Vissanı sataraq transfer büdcəsini yeniləməyi planlaşdırır