"Sportinq"in futbolçusu Viktor Qyökereş karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" 26 yaşlı hücumçunun xidmətində maraqlıdır.

 

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. İngiltərə klubları qış fasiləsində hücumçunu heyətinə qatmağı planlaşdırır.

 

Qyökereş bu mövsüm 17 oyunda 23 qol vurub, 4 məhsuldar ötürmə edib.