"Bolonya"nın müdafiəçisi Con Lukumini karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TBR Football" nəşri məlumat yayıb.

 

Kolumbiyalı futbolçuya "Liverpul", "Tottenhem" və "Çelsi" klubları maraq göstərir. Hər üç klub yay "transfer pəncərəsi"ndə onu "rənglərinə bağlamağa" çalşacaq.

 

Qeyd edək ki, 26 yaşlı oyunçu cari mövsümdə bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Bolonya" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.