"Arsenal" və "Tottenhem" Bundesliqanın ən perspektivli hücumçularından biri olan, "RB Leypsiq" formasını geyinən norveçli Antonio Nusanın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, hər iki London klubu 21 yaşlı futbolçunu yaxından izləyir. Alman klubu Norveç millisinin oyunçusuna görə təxminən 51 milyon funt sterlinq (59 milyon avro) tələb edir. "Barselona" da Nusa ilə maraqlanır, lakin onun Premyer Liqa klublarına keçməyə daha çox meylli olduğu bildirilir. 

 

Qeyd edək ki, norveçli ötən mövsüm Bundesliqada 31 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə edib.