Zlatan İbrahimoviç "Milan"a bu mövsümün sonuna qədər "Mançester Yunayted"in vingeri Markus Reşfordu icarəyə götürməyi tövsiyə edib. Sport24.az "Daily Mail"-ə istinadən xəbər verir ki, isveçlinin fikrincə, Kristian Pulişiç və Rafael Leaonun mümkün zədələnməsi halında hücumda yaranan problemi həll etmək üçün Reşford "Milan"a kömək edə bilər.
İbrahimoviç 2016-2018-ci illərdə "qırmızı şeytanlar"da Reşfordla birgə çıxış edib.
Qeyd edək ki, ingiltərəli forvard bu mövsüm bütün yarışlarda 24 matçda iştirak edib, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. verib.