Fransanın “Sent-Etyen” klubunun sahibi dəyişə bilər. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə, “Sent-Etyen”in hazırkı sahibləri – Bernard Kayaçço və Rolan Romeyenin klubu satışa çıxardığı diqqətə çatdırılıb. 

Kayaçço və Rolan 2004-cü ildən “Sent-Etyen”in sahibidir.

Komanda hazırda Liqa 1-də 13-cü pillədə qərarlaşıb.