PSJ-nin idman müşaviri Luis Kampos "Mançester Yunayted"lə anlaşmağa yaxındı. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavoleri sosisal şəbəkə hesabında məlumat yayıb.

 

Portuqaliyalı funksionerin agenti ilə İngiltərə klubu arasında danışıqlar yekunlaşmaq üzrədir.

 

Mənbənin sözlərinə görə, Kampuş son ana qədər PSJ ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparırdı. Lakin yekunda razılıq əldə olunmayıb.

 

Qeyd edək ki, Luis 2022-ci ilin yayında Fransa nəhənginin uğurları üçün çalışırdı.