Fransa milli komandası ilə "Nike" şirkəti arasında yeni müqavilə imzalanıb. Sport24.az xəbər verir ki, tərəflər 2034-cü ilədək əməkdaşlıq edəcəklər.

 

Fransızlar 10 il "Nike"nin formalarını geyinəcəklər. Tərəflər 2021-ci ildən əməkdaşlığa start veriblər. Bundan əvvəl komanda "Adidas"ın geyimlərindən istifadə edib.

 

Qeyd edək ki, Fransa yığması AVRO-2024-də Niderland, Polşa və Avstriya komandaları ilə eyni qrupda yarışacaq.