"Lion" "Mançester Siti"nin yarımmüdafiəçi Rayan Şerki üçün ilk təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq X sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, İngiltərə klubu ikinci təklifi hazırlayır.
Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə "Lion"un heyətində 44 matçda 12 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı il iyununda başa çatır. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 45 milyon avro qiymətləndirir.