Fransanın Liqa 1 təmsilçisi "Nitsa" yığmanın heyətində dünya çempionu olan Pol Poqbanın transferindən imtina edib. Sport24.az "L'Equipe"ə istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Florian Moris bildirib.

 

Klub rəsmisi futbolçunu almaq üçün imkanlarının olduğunu deyib. Həmçinin əlavə edib ki, Poqbaya böyük klublar tərəfindən maraq göstəriləcəyi təqdirdə, rəqabət apara bilməyəcəklər.

 

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi İtaliyanın "Yuventus" klubundan ayrıldıqdan sonra azad agent olub. Antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya edilən Poqba yalnız yanvarda hansısa komandanın heyətində kollektiv məşqlərə başlaya biləcək.