FIFA İran millisinin dünya çempionatındakı oyunlarını Meksikaya keçirməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Meksika prezidenti Klaudiya Şeynbaum ali futbol qurumunun artıq rəsmi qərarını verdiyini deyib:
"FIFA rəsmi olaraq bildirdi ki, İran yığmasının oyunu Meksikada olmayacaq. Bu, yekun fikirdir".
İran yığması daha əvvəl mundialdakı oyunları Meksikada keçirmək istədiyini bildirmişdi.
İyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. İran yığmasının mundialda iştirakı hələ dəqiqləşməyib.