Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Filip Novak sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqanın 23-cü turunun “Sivasspor”la səfər matçında zədələnən Novakın son durumu tibbi müayinədən sonra bilinəcək. “Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartal oyundan sonra verdiyi açıqlamada Novakın zədəsinin ciddi olduğunu söyləyib.

“Sivasspor” – “Fənərbaxça” matçı 1:1 hesabıyla bitib.