"Fənərbaxça"nın futbolçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. Soort24.az xəbər verir ki, mərakeşli hücumçu "Əl-Nəsr"lə danışıqlar aparır.

 

Bu barədə ərəb mediası məlumat yayıb.

 

27 yaşlı forvard ərəblərlə anlaşmaq üzrədir. Klublar arasında razılıq əldə olunsa, futbolçu qışda "Əl-Nəsr"ə keçəcək.

 

Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini mövsümün əvvəlində "Sevilya"dan 19,5 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.