"Fənərbaxça" Neymarı heyətinə qatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalının keçidini həll etmək üçün onun meneceri ilə danışıqlara başlayıb.

 

Braziliya millisinin üzvü qısamüddətli müqavilə ilə "Santos"a məxsusdur. Lakin iyulun 1-dən azad agentə çevriləcək.

 

33 yaşlı futbolçunun transferinin təşəbbüsünün komandanın portuqaliyalı baş məşqçisi Joze Mourinyodan gəldiyi iddia edilir. 

 

Qeyd edək ki, Neymar ötən mövsümə "Əl-Hilal"da başlayıb, lakin qışda səudiyyəlilərlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib, bundan sonra yanvarın 31-də "Santos"un futbolçusu olub.