Braziliyanın “Palmeyras” klubu futbolçusu Felipe Melo ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı yarımmüdafiəçi ilə müddəti bitən müqavilə yenilənməyib və o, azad agent statusu alıb.

Melo 2017-ci ildən “Palmeyras”da idi.

Braziliyalı futbolçu karyerası ərzində ölkəsində “Flamenqo”, “Qremio”, “Kruzeyro”, İtaliyada “Fiorentina”, “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Malyorka”, “Rasinq”, “Almeriya” kimi klublarda da çıxış edib.