"Everton" "Mançester Siti"nin yarımmüdafiəçisi Kelvin Fillipsi "rənglərinə bağlamağı" planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 29 yaşlı ingilisin transferi 2026-cı ilin yanvarında baş tuta bilər. "Everton" futbolçunu icarəyə götürmək istəyir. Kelvinin baş məşqçi Pep Qvardiolanın uzunmüddətli planlarına daxil olmaması keçidi reallaşdıra bilər.

 

Qeyd edək ki, Filips 2025/26 mövsümündə bir oyun keçirib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 12 milyon avro qiymətləndirir.