Sərvət Çətinin yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, "ay-ulduzlular"ın sabiq müdafiəçisi I Liqa təmsilçisi "Amedspor"u çalışdıracaq.

 

Müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, bu, Çətinin baş məşqçi kimi ilk sınağı deyil. O, 2023-cü ildə "Sivasspor"un baş məşqçisi olub.