“Real” 14 il sonra ilk dəfə bir mövsüm ərzində “Barselona”nı 2 dəfə məğlub edib. Sport24.az xəbər verir ki, komada bunu keçən axşam keçirilən “El-Klassiko”da qalib gəlməklə (2:1) bacarıb.

Madrid təmsilçisi əzəli rəqibini cari mövsümün ilk yarısında 3:1 hesabı ilə məğlub edib. Beləliklə, “Kral klubu” 14 il sonra ilk dəfə bir mövsüm ərzində “Barselona” üzərində 2 dəfə qələbə qazanmış olub. Son dəfə belə nəticə 2007/08 mövsümündə qeydə alınıb.