“Zenit”in hücumçusu Artyom Dzyuba Rusiya millisini oktyabrda DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlar üçün yığmaya qoşulmayacaq. Sport24.az xəbər verir ki, 33 yaşlı futbolçu formada olmadığı üçün bu qərarı qəbul edib.

Dzyubanı millinin yeni baş məşqçisi Valeri Karpin bu dəfə ilkin heyətə daxil etsə də, o, çıxışdan imtina edib. Onlar "Spartak"da birgə olduqları zamanı aralarında problem yaşanıb. Forvard Karpinin gəlişinədək millidə kapitan idi. Anton son vaxtlar klubunda da əsas heyətdə yerini itirib. 

Xatırladaq ki, Rusiya millisi oktyabrın 8-də Slovakiyanı qəbul edəcək, 3 gün sonra isə Sloveniyanın qonağı olacaq.