Rusiyanın “Zenit” klubunun iki futbolçusu koronavirusa yoluxub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu Artyom Dzyuba və qapıçı Andrey Lunevin koronavirus testi müsbət çıxıb.

Hər iki futbolçu “Zenit”in Dubaydakı təlim-məşq toplanışına aparılmayıb.