“Forbes” nəşri dünyanın ən çox qazanan futbolçularının yeni siyahısı açıqlayıb.

Sport24.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Kristiano Ronaldo siyahının ilk pilləsinə yüksəlib. Portuqaliyalı futbolçu 2021/2022 mövsümündə vergilər çıxılmadan 106,6 milyon avro qazanacaq.

İkinci pillədə “Barselona”dan Fransa PSJ-sinə keçən Lionel Messi yer alıb. Argentinalı futbolçu vergilər çıxılmadan 93,8 milyon avro qazanacaq.

3-cü və 4-cü sırada da Paris klubunun oyunçuları yer alıb. Neymar 81 milyon, Kilian Mbappe isə 36,7 milyon avro qazanacaq.