"Çelsi" və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Xuan Matanlın yeni klubu müəyyənləşib. 37 yaşlı futbolçu Avstraliya təmsilçisi "Melburn Viktori" ilə anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matanın sonuncu komandası Avstraliyanım digər klubu – "Vestern Sidni" olub. İspaniyalı vinger bu komandanın heyətində ölkə çempionatında 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Mata İspaniya millisinin heyətində həm dünya, həm də Avropa çempionu titulunu qazanıb. O, karyerası ərzində İngiltərə təmsilçisləri ilə yanaşı, "Qalatasaray"ın "Valensiya"nın da formasını geyinib.