AÇ-2020 Könüllülər Proqramı çərçivəsində təşkil olunan “Driblinq Şou” yarışının qalibləri məlum olub. Sport24.az xəbər verir ki, yarışda 97 könüllü iştirak edib.

Finalın münsif qonağı Nüqzar Kvirtiya tərəfindən ən yaxşı 3 iştirakçı seçilib və mükafatlandırılıb. Final mərhələsinə vəsiqə qazanan iştirakçılar Bakı Olimpiya Stadionunda öz driblinqlərini Nüqzar Kvirtiya ilə birgə yenidən təkrarlayıb.

Qaliblərə hədiyyələr AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə tərəfindən təqdim edilib.
 
1-ci yer: Harun Hacıyev
2-ci yer: Amin Rzayev
3-cü yer: Ümid Mahmudov