PSJ-nin futbolçusu Anxel di Mariya Paris təmsilçisindən ayrılıb.

Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi illə yolların ayrıldığı bildirilib.

Di Mariya 2015-ci ildən PSJ-də oynayırdı. O, bu müddət ərzində ümumilikdə 294 oyunda 91 qol vurub və 111 qolun ötürməsini verib.

Futbolçunun azad agent kimi "Yuventus"a keçəcəyi gözlənilir.