İtaliyanın "Yuventus" klubunun futbolçusu Anxel Di Mariya UEFA Çempionlar Liqasında Fransanın PSJ komandasının hücumçusu Lionel Messinin nailiyyətini geridə qoyub.

Sport24.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna ÇL-in qrup mərhələsinin 3-cü turu çərçivəsində İsrailin "Makkabi" (Hayfa) komandasına 3:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

Qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalan argentinalı oyunçu qitənin bir nömrəli klub turnirində məhsuldar ötürmə sayında həmyerlisini ötüb. Hazırda Di Mariyanın 38, Messinin 37 assisti var.

Xatırladaq ki, Çempionlar Liqasında məhsuldar ötürmə sayına görə siyahıya İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kristiano Ronaldo (42) başçılıq edir.