"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne karyerasını Avropadan kənarda davam etdirə bilər. Sport24.az xəbər verir ki, belçikalıya MLS və Səudiyyə Ərəbistanından təkliflər var. Xüsusən də "Əl-Nəsr", "Əl-Əhli" və "Əl-Qadisiyə" yarımmüdafiəçinin keçidində maraqlıdır.

 

MLS klublarından real namizəd olmasa da Kevini izləyirlər.

 

33 yaşlı oyunçu 2015-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur. Onun "şəhərlilər"lə müqaviləsi cari mövsümün sonunda başa çatır.