DÇ-2022-də ilk qırmızı vərəqə qeydə alınıb. Sport24.az xəbər verir ki, ilk belə cəza qrup mərhələsinin II turunun ilk oyununa təsadüf edib.

Belə ki, çempionatın 6-cı günündə baş tutan Uels – İran görüşünün 85-ci dəqiqəsində avropalılar azlıqda qalıb. 

Bunadək DÇ-2022-də keçirilən 16 matçda belə ağır cəza olmamışdı. Qapıçı Ueyn Hennessi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Halbuki, baş hakim ona sarı vərəq göstərsə də, VAR moitoruna baxdıqdan sonra qərarını dəyişməmişdi. Azlıqda qalandan sonra uelslilər əlavə 9 dəqiqədə 2 qol buraxaraq 0:2 hesabıyla yenilib və qrupda çıxmaq şansını demək olar itirb.