Braziliya millisi 24 ildən sonra dünya çempionatının qrup mərhələsində uduzub.

Sport24.az xəbər verir ki, Qətərdəki mundialın qrup mərhələsinin son turunda Kameruna 0:1 hesabı ilə məğlub olan "sambaçılar" sonuncu dəfə 1998-ci ildə Fransada təşkil olunmuş turnirdə bu aqibəti yaşamışdılar.

Cənubi Amerika təmsilçisi həmin vaxt Norveç seçməsi ilə bacarmayıb - 1:2.

Kameruna məğlubiyyət hazırda Titenin başçılıq etdiyi kollektivin dünya çempionatlarının qrup mərhələsindəki 17 oyunluq uğurlu seriyasına son qoyub.

Braziliya millisi son turda Kameruna uduzsa da, 1/8 finala qrup qalibi kimi adlayıb və Cənubi Koreyaya rəqib olub.