İngiltərə yığması 16 il sonra dünya çempionatının qrup mərhələsini lider kimi bitirib. Sport24.az xəbər verir ki, Qaret Sautqeytin komandası buna DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda nail olub.

Sonuncu dəfə İngiltərə millisi bunu 2006-cı ildə bacarıb. Britaniyalılar həmin vaxt 1/4 finalda Portuqaliyaya məğlub olaraq, mübarizəni dayandırmışdılar.

İngiltərə yığması DÇ-2022-nin pley-off mərhələsində Seneqal millisi ilə qarşılaşacaq.