FİFA ötən gün ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya qatılacaq bütün milli komandaların yekun heyətlərini dərc edib. Sport24.az xəbər verir ki, bununla da mundila yollanacaq bütün futbolçuların adları müəyyənləşib.

 

Məlum olub ki, 8 gündən sonra start götürəcək dünya çempionatında iştirak edəcək millilərin heyətində ən ucaboy futbolçu 205 sm boyunda olan 25 yaşlı avstriyalı qapıçı Florian Vigeledir.

 

Vigele Çexiya təmsilçisi "Viktoriya Plzen2nin formasını geyinir.

 

Qeyd edək ki, Avstriyanın DÇ-2026-nın qrup mərhələsində rəqibləri Argentina, Əlcəzair və İordaniya olacaq.