FİFA DÇ-2026-nın finalı çərçivəsində baş tutacaq İspaniya - Argentina matçını idarə edəcək hakimlər heyətini açıqlayıb. Sport24.az xəbər verir ki, qarşılaşmaın baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. Ona həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcək.
Dördüncü hakim funksiyasını Ədhəm Məhadmeh, ehtiyat köməkçi hakim isə Məhəmməd Əl-Xələf olacaq ki, hər ikisi İordaniyanı təmsil edir.
Vinçiç bu dünya çempionatında qrup mərhələsinin iki qarşılaşmasında - Braziliya - Mərakeş 1:1, İordaniya - Əlcəzair 1:2 , eləcə də 1/16 finalda - Meksika - Ekvador 2:0 matçında fit çalıb.
Vinçiç üç oyunda bir qırmızı və yeddi sarı vərəqə alıb.
Qeyd edək ki, İspaniya - Argentina matçı iyulun 19-da ABŞ-ın Şərqi Rezerford şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.