Ötən gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib. Sport24.az xəbər verir ki, dörd qrupda səkkiz matç baş tutub.

 

Günün sürprizi Farer adalarında qeydə alınıb. Bu ölkənin təmsilçisi Çexiyanı məğlub edib.

 

DÇ-2026

Seçmə mərhələ

12 oktyabr

 

C qrupu

20:00. Şotlandiya – Belarus – 2:1

Qollar: Ç.Adams, 15. Maktominey, 84 – Kuçko, 90+6

22:45. Danimarka – Yunanıstan - 3:1

Qollar: Höylund, 21. Andersen, 40. Damsqor, 41 – Tsolis, 63.

 

G qrupu

20:00. Niderland – Finlandiya – 4:0.

Qollar: Malen, 8. Van Deyk, 17. Depay, 38-pen. Qakpo, 84.

22:45. Litva – Polşa - 0:2

Qollar: Şimanski, 15. Levandovski, 64.

 

H qrupu

17:00. San Marino – Kipr - 0:4

Qollar: Loyzu, 9. Andreu, 59. Kastanos, 67-pen. Kakulis, 79.

22:45. Rumıniya – Avstriya - 1:0.

Qol: Gita, 90+5.

 

L qrupu

20:00. Farer adaları – Çexiya - 2:1

Qollar: Sorensen, 67. Aqnarsson, 81 – Karabeç, 78

22:45. Xorvatiya – Cəbəllütariq 3:0.

Qollar: Fruk, 30. Suçiç, 78. Erlik, 90+6.